İki azərbaycanlı qız futbolçu Rusiya klubuna transfer oldu
Azərbaycanın futbol üzrə qadın millisinin iki futbolçusu Rusiya klubuna transfer olunub.
ARANTV.AZ xəbər verir ki, bunu “Torpedo” qadın futbol klubunun baş məşqçisi Konstantin Kayqorodov verdiyi müsahibəsində bildirib:
“Bizə Azərbaycan millisinin iki oyunçusu – Vüsalə Hacıyeva və Arzu Əliyeva qoşulub. Onlar bizim komandaya kömək etməyə çalışacaq”.
Qeyd edək ki, hər iki futbolçu “Sumqayıt” klubu ilə ötən mövsüm Azərbaycan çempionu olub. Vüsalə Hacıyeva həmçinin ötən mövsümün ən yaxşı futbolçusu adına sahib olub.

