At üstündə QANLI MÜNAQİŞƏ – Tovuzda qohumu 29 yaşlı oğlanı GÜLLƏLƏDİ (YENİLƏNDİ)
Tovuz rayonunda qohumunu gülləyən şəxs saxlanılıb.
ARANTV.AZ xəbər verir ki, bu barədə “Report”a, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Grupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
Belə ki, Tovuz rayon Abulbəyli kənd sakini, 1993-cü il təvəllüdlü Fuad Rahim oğlu Əliyev özünə məxsus “Jİ-27” markalı tüfənglə qohumu, 1990-cı il təvəllüdlü Eldəniz Zirəddin oğlu Kazımovu sağ topuq nahiyəsindən güllələyib. F.Əliyev daha sonra hadisə yerindən qaçsa da, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılaraq istintaqa cəlb olunub. Hadisə zamanı istifadə edilən silah polis tərəfindən götürülüb.
Bir güllə yarası alan E.Kazımov isə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisəyə səbəb atın otlaq sahəsinə bağlanması olub. Tərəflər arasında buna görə yaranan etiraz mübahisə və qanlı hadisə ilə nəticələnib.
Faktla bağlı araşdırma aparılır.
***
Tovuzda yerli sakin güllələnib.
ARANTV.AZ-ın reporta istinadən məlumatına görə, hadisə Tovuz şəhərində qeydə alınıb.
Rayonun Abulbəyli kənd sakini, 1990-cı il təvəllüdlü Eldəniz Zirəddin oğlu Kazımov topuğundan güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib.
Onun hansı şəraitdə güllələndiyi araşdırılır.

