Cəmiyyət 

Yol polisi uniformasında olan nəzarətçi çaşqınlıq yaratdı – VİDEO

Sosial şəbəkələrdə yol polisinin uniformasını geyinən şəxsin dayanacağa nəzarət etməsini əks etdirən fotolar yayılıb.

ARANTV.AZ-ın “Xəzər TV”yə istinadən məlumatına görə, fotolar Abşeron rayonu ərazisində çəkilib və sosial şəbəkələrdə paylaşılıb.

Sarı formanın arxasındakı YPX yazısını görənlər isə çaş-baş qalıb.

Mütəxəssislər bunun xoşagəlməz hal olduğunu bildirir. Lakin bu şəxs həmin formadan istifadə edərək gəlir əldə etmədiyindən onun cərimələnməsi mümkün deyil.

Polisdən verilən məlumata görə, artıq həmin forma o şəxsdən alınıb və müəyyən edilib ki, həmin şəxs psixi qüsurludur. Onun yol polisinin uniformasını necə əldə etməsi araşdırılır.

 

Daha çox xəbərlər