Kriminal 

Qadının evində başını kəsdilər – Bakıda dəhşətli qətl

Bakının Xətai rayonunda qətl hadisəsi baş verib.

ARANTV.AZ teleqraf.com-a istinadən xəbər verir ki, rayonun İ.İsmayılov küçəsindəki evlərdən birində 1936-cı il təvəllüdlü Patimat Kudjayeva qətlə yetirilib.

Qadın tənha yaşayıb. Onun meyitini hüquq-mühafizə orqanlarının əməkdaşları evində aşkarlayıb.

Patimat Kudjayev boğaz nahiyəsindən kəsilərək öldürüldüyü məlum olub.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda əməliyyat-axtarış tədbirləri davam edir.

 

Daha çox xəbərlər