Pakistan prezidenti Azərbaycanla Pakistan arasında münasibətlərdən danışdı
Azərbaycanla Pakistan arasında münasibətləri müxtəlif sahələrdə genişləndirmək lazımdır.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Pakistan prezidenti Arif Alvi Azərbaycanın bu ölkədəki səfiri Əli Əlizadə ilə görüşü zamanı deyib.
Dövlət başçısı iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsinin zəruriliyini qeyd edib.
Bundan başqa, Pakistan prezidenti səfiri Qarabağın erməni işğalından azad edilməsi münasibəti ilə təbrik edib.

