Ruslan Hacıyev: “Marneulidə Nəriman Nərimanovun heykəli götürülməyəcək”
Son günlər Marneuli şəhərində yerləşən Mədəniyyət evinin qarşısında olan Nəriman Nərimanovun heykəlinin harasa köcürülməsi və yaxud heykəlin götürüləcəyi bağlı şayələr gəzməkdədir.
ARANTV.AZ xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev bildirib.
“Tam əminliyimlə söyləyə bilərəm ki, Nəriman Nərimanovun heykəli mədəniyyət evinin qarşısında olub və bundan sonra da orada olacaq. Heç bir dövlət qurumunda bu mövzu müzakirə olunmur. Hal-hazırda ölkəmizdə olmadığıma görə, sizlərlə hansısa tədbirdə iştirak edə bilmirəm. Artıq dərəcə xahiş edirəm ki,heç bir şayələrə,təxribatlara getmək,insanmaq olmaz. Bunu bir təxribat kimi giymətləndirirəm”.
Ölkə.Az

