İdman 

Azərbaycan yığmasının qapıçısı Qazaxıstan klubunda – FOTO

Azərbaycan millisinin qapıçısı Emil Balayev azad agent kimi Qazaxıstanın “Tobol” klubuna keçib.

ARANTV.AZ  xəbər verir ki, bununla bağlı klubun rəsmi saytı məlumat yayıb.

Müqaviləyə əsasən, 24 yaşlı E.Balayev iki il müddətində Qazaxıstan klubunun qapısını qoruyacaq.

Xatırladaq ki, E.Balayev karyerası ərzində “Neftçi”, “Sumqayıt”, “Araz Naxçıvan”, “Qarabağ”, “Səbail” və  Almaniyanın “Ayntraxt” klublarında çıxış edib.

Daha çox xəbərlər