Gündəm 

DGK sədri: Büdcə öhdəliyinə 107 faiz əməl olunub

Dövlət Gömrük Komitəsi 2018-ci ilin büdcə öhdəliyinə 107,7 faiz əməl edib və nəticədə, dövlət büdcəsinə 3 milyard 434 milyon manat köçürmə edib.

ARANTV.AZ xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev “Xalq qəzeti”ndə dərc olunan məqaləsində deyib.

Onun sözlərinə görə, 2018-ci il üçün Dövlət Gömrük Komitəsi üzrə müəyyənləşdirilən illik büdcə proqnozunun yerinə yetirilməsi artıqlaması ilə təmin edilib:

“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Qanununda dəyişikliklər edilməklə 2018-ci il üzrə Dövlət Gömrük Komitəsi üçün proqnozlaşdırılan 2 milyard 430 milyon manat proqnoz 760 milyon manat artırılaraq, ümumilikdə 3 milyard 190 milyon manat təşkil edib. Beləliklə, 2018-ci il üçün müəyyənləşdirilən 3 milyard 190 milyon manat proqnoza qarşı 3 milyard 434 milyon manat gömrük ödənişləri toplanaraq dövlət büdcəsinə köçürülüb”.oxu.az

Daha çox xəbərlər