Dünya 

Rusiyanın 7 şəhərində məktəblər bağlandı

Artıq bir həftədir ki. Rusiyanın ən müxtəlif şəhərlərinin rəhbərlikləri naməlum şəxslərdən məktəblərə və digər dövlət binalarına bomba qoyulması barədə məlumatlar alırlar.

ARANTV.AZ virtualaz.org-a istinadən xəbər verir ki, bu gün yeddi şəhərdə bu məzmunda məlumatlar əsasında operativ tədbirlər görülüb.

Petrozavodsk şəhərində şəhər meriyası, bir neçə məktəb və xəstəxana təxliyə edilib.

Kaluqa şəhərində iki ticarət mərkəzi, şəhər upravası, iki xəstəxana və rayon məhkəməsi təxliyə olunub.

Tver şəhərində 10 məktəb, xəstəxana və inzibati bina təxliyə olunub.

Veliki Novqorod şəhərində bütün məktəblər bağlıdır.

Tambov şəhərində bütün məktəblər, bir neçə ticarət mərkəzi və tibb müəssisələri təxliyə olunub.

Arxangelsk şəhərində bir neçə məktəbin elektron poçtuna bomba xəbərdarlığı göndərilib.

Həştərxan şəhərində bir neçə məktəb bağlanıb.

Daha çox xəbərlər