Goranboyda yol qəzası qeydə alınıb.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, hadisə Kəpənəkçi kəndi yaxınlığında, İrəvanlı adlanan yaşayış məntəqəsində baş verib.
Məlumata görə, idarəetmədən çıxan nəqliyyat vasitəsi xəsarətlə nəticələnən avtoqəza törədib. Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
