Hadisə 

Beynəlxalq Hava Limanında narkotik əməliyyatı

Culfa rayon sakinindən 1 kiloqramdan çox narkotik vasitə aşkar edildi.

ARANTV.AZ  xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında yanvarın 31-də Beynəlxalq Hava Limanının ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Culfa rayon sakini İ.Ələsgərov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan çəkisi 1 kiloqram 34 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Araşdırma aparılır.


Ölkə.Az

Daha çox xəbərlər