Siyasət 

Kəsilməyən atəş hara tuşlanıb: Yeni müharibəyə yoxsa…

Son zaman Ermənistan-Azərbaycan sərhəd xəttində erməni təxibatlarının intensivləşdiyi müşahidə edilir. Sərhəddəki təxribatlar və Qarabağda yenidən atəş səslərinin eşidilməsi Ermənistanın vəziyyəti qəsdən gərginləşdirmək niyyətindən xəbər verir. Ermənistan vəziyyəti qəsdən gərginləşdirməklə Azərbaycanı cavab addımları atmağa təhrik etməyə və bundan istifadə edib ölkəmizi günahlandırmağa çalışır.

Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları 10 noyabr Bəyannaməsi ilə Dağlıq Qarabağ münaqişəsi başa çatdı. Dünya birliyi və beynəlxalq təşkilatlar həm 44 günlük Vətən Müharibəsinin nəticələrini qəbul edir, həm də imzalanan birgə Bəyanatı hüquqi sənəd kimi tanınır.

Bu halda ortaya sual çıxır : Bəs atəş niyə kəsilmir?

Sualımıza cavab tapmaq üçün hərbi ekspertlərin məsələyə münasibətini öyrəndik:

Torpaqlarımızı işğaldan azad etsək də, Ermənistanı düşmənçilik niyyətindən azad edə bilməmişik

Ehtiyatda olan polkovnik Şair Ramaldanov bu məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Azərbaycan müharibədə Zəfər qazanandan, işğalçı qüvvələri darmadağın edib ərazimizdən qovandan, ərazi bütövlüyümüzü bərpa edəndən sonra da erməni təxribatları davam edir. Erməni tərəfini düşmənçilik niyyətindən azad edə bilməmişik. Bunun əsas günahını Ermənistan cəmiyyətində, hərbi-siyasi rəhbərliyində görürəm. Erməni cəmiyyəti və rəhbərliyi havadarlarının sifarişini yerinə yetirən bir toplum olub. Zənnimcə, çox vaxt gerçəkliyi düzgün qiymətləndirə bilməyən Paşinyan hakimiyyəti hələ də müəyyən qüvvələrin təsirindən  ya ayrıla bilmir, ya da ayrılmaq istəmir. Bu da atəşkəs mütəmadi olaraq pozulmasının səbəblərindən biridir.

Dövlət sərhəddinin qurulmasına mane olmaq istəyən qüvvələr var

Həmsöhbətimiz qeyd etdi ki,Azərbaycanın dövlət sərhəddini qurmasına mane olmaq istəyən qüvvələr var. Bu  qüvvələr həm daxildə, həm də xaricdədir. Təbii ki, onların da müxtəlif məqsədləri var: “Əlbəttə  ki, bütün bunlar Azərbaycan-Ermənistan dövlət sərhəddində postmüharibə dövründə dincliyə gətirilib çıxarılmasına və atəşkəs rejimin tələblərinin yerinə yetirilməsinə maneə yaratmağa xidmət edir. Digər məqam isə ondan ibarətdir ki, Ermənistanda də hələ revanşist bəyanatlar səslənməkdədir. Ermənistan atəşkəsi pozmaq və vəziyyəti gərginləşdirməklə xarici qüvvələri prosesə cəlb etmək istəyir”.

Sülh müqaviləsi imzalanana kimi…

Ekspert xatırlatdı ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin qarşıya qoyduğu tapşırığı yerinə yetirən ordumuz Ermənistanla dövlət sərhəddini quracaq və qoruyacaq gücdədir: “Azərbaycan sərhəddi yetərli qədər qorunur.  Azərbaycan Ordusu hər hansı bir təxribata adekvat cavablar verərək atəş açılan nöqtələri məharətlə susdurur. Əlbəttə ki, dövlət sərhədi olduğu üçün aktiv döyüş əməliyyatları  aparmaq mümkün deyil. Bütün  bu proseslər və sülh müqaviləsinin bağlanmaması da onu göstərir ki, biz  hələ müharibə şəraitindəyik. Biz bilirdik ki, postmüharibə dövründə sülh müqaviləsi bağlanana kimi atəşkəs pozulacaq, müəyyən gərginliklər yaranacaq. Bütün bunlara baxmayaraq Azərbaycan Ordusu istənilən təxribatın qarşısını almağa, dəmir yumruğun gücünü bir daha düşmənə göstərməyə hazırdır. Hazırda bütün proseslər daimi nəzarət altındadır. Heç bir narahatçılığa səbəb yoxdur. Ermənistan da elə bir durumda deyil ki, müharibə etsin və ya hansısa irimiqyaslı əməliyyata həyata keçirsin. Əks halda dəmir yumruq başına enəcək. Sülh müqaviləsi bağlanana kimi müəyyən narahatlıqlar olacaq. Zəngəzur dəhlizi lə bağlı məsələ həll edilən ərəfədə Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamalı olacaq və ondan sonra atəş səsləri kəsiləcək.”

Qələbəmiz regionda yeni vəziyyət yaradıb

Qarabağ müharibəsi və Silahlı Qüvvələr veteran, “Azərbaycan Bayrağı” Ordenli, ehtiyatda olan polkovnik Hikmət Ağayev məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin liderliyi ilə Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı qələbə regionda yeni vəziyyət yaradıb: “Mənfur qonşumuz ermənilər gözləmirdilər ki, Azərbaycan nə vaxtsa belə bir addım atar və qısa müddət əzrzində torpaqlarını azad edər. Düşmən məşğub olsa da öz xislətindən əl çəkmir”. Hərbi ekspert qeyd etdi ki, Ali Baş Komandan dəfələrlə bəyan edib ki, münaqişə həll olunub və  heç bir statusdan söhbət ola bilməz. Dağlıq Qarabağ adlı inzibati ərazi vahidi yoxdur. Ona görə düşmən maksimum dərəcədə çalışır ki,  təxribat tərədərək kənaq qüvvələru regiona cəlb etsin. Belə təxribatlar sülh sazişi imzalanana qədər davam edəcək.

Yeni müharibə başlayarsa…

Müsahibimiz vurğuladı ki, təxribatların davamlı olması, gələcəkdə qarşı tərəf üçün müsbət heç nə vəd etmir. Azərbaycan ordusu 44 gün davam edən müharibədə Ermənistan ordusunu məhv etdi. Yeni müharibə başlayarsa, Ermənistanın varlığı sual altında salacaq, dövlətin mövcudluğunun qorunması mümkünsüz olacaq. Ermənistanın ordusu dagılıb, iqtisadiyyatı böhran vəziyyətindədir, xarici borcu sürətlə artır. Belə dövlətin revanşist mövqedə olması ağılsızlıqdır. Ordusu darmadağın olan ölkə necə müharibə edə bilər? Onların ordusunun məhv olmasının bariz nümunəsi Hərbi Qənimətlər Parkıdır. Ermınistan istər canlı qüvvə, istərsə də maddi-texniki təminat baxımından o gücdə deyil ki, qısa müddət ərzində ordu formalaşdırsın .

Sülməramlı qüvvələr missiyalarına uyğun fəaliyyət göstərsələr…

Hərbi ekspert rus sülhməramlıları ilə da fikirlərini qeyd etdi. O, bildirdi ki, sülhməramlıların apardığı ikili yanaşması bizi qane etmir: “Sülhməramlılar istər Azərbaycan, istərsə də Ermənistan tərəfi üçün üçtərəfli Bəyanatın eyni bərabərlikdə həyata keçirilməsinə şərait yaratmalıdırlar.  Onların missiyası budur ki, törədilən təxribata münasibət bildirsinlər, bu cür məkrli və təhlükəli əməllərin qarşısının alınmasında yardımçı olsunlar. Obyektiv olaraq  təxribat törədən tərəfin kim olduğunu açıqlamalıdırlar. Beynəlxalq ictimaiyyət də görməlidir ki, təxribat törədən kimlərdir və hansı məqsədi güdürlər.  Sülhməramlılar missiyalarına uyğun xidmət etsələr onların müvəqqəti nəzaratındə olan Azərbaycan ərazisindəki erməni silahlıları oradan təmizlənəcək.

Hikmət Ağayev bildirdi ki, heç kim müharibənin başlamasını arzulamır. Amma Ordumuzu gücləndirərək daim müharibəyə hazır olmalıyıq.

Daha çox xəbərlər