Gündəm 

Azərbaycanda 1 200 manatlıq sahə üçün yığımlar yeddi manatdan başlayır – MƏBLƏĞLƏR

Azərbaycanda fermerlər əkin sahələrini və yığılacaq məhsulu yanğın, dolu, zərərvericilər, xəstəliklər və üçüncü şəxslərin vurduğu zərərdən qorumaq üçün aqrar sığortaya müraciət edə bilərlər.

Aqrar Sığorta Fondundan Oxu.Az-a bir hektar taxıl sahəsinin sığortalanmasının neçəyə başa gəldiyi barədə məlumat verilib.

Belə ki, təqribən 1 200 manatlıq taxıl yığılan sahə üçün sığorta haqları (fermerin ödəyəcəyi məbləğ) aşağıdakı kimidir:

Qarabağ regionu – 10 manat;

Şərqi Zəngəzur regionu – 10 manat;

Şəki-Zaqatalada – 16-17 manat;

Lənkəran-Astara region – 7 manat;

Qazax-Tovuz ərazisi – 24-25 manat;

Mərkəzi Aran rayonları – 8 manat;

Quba-Xaçmaz bölgəsi – 7 manat;

Mil-Muğan regionunda – 8 manat;

Abşeron-Xızı bölgəsində – 7 manat;

Gəncə-Daşkəsən regionunda – 24-25 manat;

Şirvan-Salyan zonasında – 8 manat;

Dağlıq Şirvan bölgəsində – 11-12 manat;

Bakıda – 7 manat.

Fermer sığorta haqqının yalnız 50 faizini ödəyəcək, məbləğin qalan 50 faizinin ödənişi isə fermerlərə dəstək üçün dövlət tərəfindən ediləcək.

Daha çox xəbərlər