Siyasət 

Qarabağ üzrə üçtərəfli işçi qrupu öz işini bərpa edib

Qarabağ üzrə üçtərəfli işçi qrupu öz işini bərpa edib.

ARANTV.AZ  xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, avqustun 17-də Moskvada Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, onun ermənistanlı həmkarı Mqer Qriqoryan və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk üçtərəfli İşçi Qrupunun növbəti iclasında iştirak ediblər.

İclasda tərəflər Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpasını, həmçinin 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanat çərçivəsində görülən işləri müzakirə ediblər.

Daha çox xəbərlər