Cəmiyyət 

Yanvar ayında 3 mindən çox şəxsə avtomatlaşdırılmış qaydada pensiya təyin olunub

ARANTV.AZ xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, pensiya təyinatının elektron infrastrukturu qurularaq, bu ilin əvvəlindən ölkəmizdə pensiyaların elektron qaydada təyinatına başlanılıb. Yanvarda artıq 3 mindən çox şəxsə avtomatlaşdırılmış qaydada pensiya təyin olunub. Kişilər üçün 64, qadınlar üçün 61 olmaqla pensiya yaşı tamam olduğu gün həmin vətəndaşlara pensiya təyinatı həyata keçirilib. Pensiyanın məbləği, bank kartını əldə edəcəyi bank filialı və vaxt barədə “sms”, e-mail və ya rəsmi məktubla məlumat verilib. Vətəndaşlar pensiya yaşı çatdıqda heç yerə müraciət etmir, nəticədə hər hansı süründürməçilik, bürokratik halla rastlaşmadan onların pensiya hüququ reallaşdırılır. Bu il pensiya hüququ yaranacaq şəxslərdən 70 faizinə, yəni 36 min nəfərə elektron qaydada pensiya təyin olunacağı proqnozlaşdırılır. Digər 30 faiz şəxslərin sırasına dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, millət vəkilləri və başqaları daxildir ki, onların da pensiya təyinatının avtomatlaşdırılması istiqamətində işlər aparılır.

Daha çox xəbərlər