V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə dair Tədbirlər Planı təsdiqlənib
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilib.
ARANTV.AZ azərtac-a istinadən bildirir ki, sərəncamda Tədbirlər Planında nəzərdə tutulan işlərin yerinə yetirilməsi üçün müvafiq qurumlara tapşırıqlar verilib.
Qeyd edək ki, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu il mayın 2-3-də keçiriləcək.

