Alınmaz qala olan Naxçıvanın bu torpağa göz dikənlərə məzar olduğunu ermənilər unutmamalıdırlar
«Tuşonka» satan oğru generallarını sərkərdə hesab edən Ermənistanın Naxçıvan iddiası işğalçıların növbəti mifik sərsəmləməsidir
Ermənistan silahlılarının Azərbaycanın sərhəd bölgələrini atəşə tutması ilə bağlı xəbərlərə artıq alışmışıq. Sosial şəbəkələrdə hər gün rast gəldiyimiz «Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub» informasiyaları belə bir sual yaradır: Niyə məhz Naxçıvan hər gün atəşə məruz qalır?
Respublikamızın Şərqə açılan qapısı Naxçıvan ermənilərin daim həsrətində olduqları və azərbaycanlıların yaşadıqları qədim Azərbaycan torpağıdır. Bu həqiqəti bildikləri halda başqalarının əraziləri hesabına özlərinə dövlət quran, Zəngəzuru qopartmaqla Azərbaycanla Naxçıvan arasındakı birbaşa əlaqəni kəsən daşnakların bir planı da muxtar respublikanı Ermənistana birləşdirmək idi. Arzuladıqları torpaqlarda «tarixlərini təsdiqləyən mənbələri yerləşdirməkdə» mahir olan, Naxçıvanın ermənilərə məxsusluğunu sübuta yetirməyə çalışan ermənilər heç nəyə nail ola bilməmişlər. Saxtalığı qəbul etməyən tarix ermənilərin bu niyyətlərini ürəklərində qoydu. Naxçıvan vilayətinin Ermənistandan qoparılıb Azərbaycana verilməsi ilə bağlı iddialar qaldırsalar da mutxariyyat statusu Moskva və Qars beynəlxalq müqavilələri ilə müəyyənləşdirilən Naxçıvanı özününküləşdirə bilməmişlər. Ermənilərin İrandan Naxçıvana köçürülməsinin şahidi olan rus yazıçısı və diplomatı A.S. Qriboyedov o dövrdə Naxçıvanı « müsəlman ölkəsi» adlandırmışdır.
ABŞ-da «Naxçıvanı Ermənistana birləşdirmək» hərəkatı yaradan ermənilərin məqsədləri bu istəklərini beynəlxalq səviyyədə ictimailəşdirmək idi. «Naxçıvan və Qarabağ-bir medalın iki üzü» yazan, Qars müqaviləsinə qarşı çıxan, Zori Balayanın «Qarabağ hərəkatı bizi qətrə-qətrə kölə olmaqdan xilas etdi. Tarixi məğrurluğumuzu, tarixi qeyrətimizi qaytardı. Başlıcası isə bizi Naxçıvan haqqında düşünməyə məcbur etdi. O Naxçıvan ki, onsuz Ermənistanın gələcəyi yoxdur.» Xatırladaq ki, qeyrətlərini Şuşada itirən ermənilər Naxçıvanı almaq iqtidarında deyillər. Ermənilərin «Qarabağı başlayan adam» adlandırdıqları Zori Balayanın « Mən bu işi başladığıma görə yox, öz xalqımı gec ayağa qaldırdığıma görə günahkaram. Görünür, məsələni Naxçıvandan başlamağa cəsarətim çatmadı» sözləri hələ də Naxçıvanı arzulayan ermənilərin qulaqlarında sırğa olmalıdır.
İşğalçı ölkənin sabiq prezidenti Serj Sarkisyanın hakimiyyətdə olduğu dövrdə səsləndirdiyi «Əlbəttə ki, Tavuşda Silahlı Qüvvələrimiz ən yaxşı tərəflərini göstərdi və son dərəcə vacib bir məsələni (söhbət görəsən hansı məsələdən gedir?) həll etdi. Silahlı Qüvvələrimiz təbrik edilməlidir. Ancaq eyni şey 2018-ci ilin may-iyun aylarında Naxçıvan istiqamətində aparılmalı idi. Bu, zərurət idi»” sayıqlaması Xocalıda günahsız insanları qətlə yetirdiyini etiraf edən uşaq qatilinin mifoloji sərsəmliyidir. 2011-ci ildə erməni tələbələri ilə görüşündə gənclərin «Ağrı dağının nə zaman Ermənistana birləşdiriləcəyi» ilə bağlı sualını « Bu sizin və sizin kimi gənc nəslin əlindədir» sözləri ilə cavablandıran Serj Sarkisyanın ermənilərlə bağlı «ali irq» təsəvvürü 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan əsgərinin atdığı PUA-larla göyə sovruldu. Daşnakların həmişə həsrətində olduqları Naxçıvanın müntəzəm atəşə tutmaları həsəddən yanan ürəklərinə su səpmələridir. Həqiqət isə budur ki, Sarkisyanın «gələcəyi parlaq erməni gənclərinin» leşləri hələ də işğaldan azad olunmuş Azərbaycan torpaqlarında çürüyr. O gənclərin idarə etdikləri «qüdrətli ordunun müasir silah -sursatları» Bakıdakı Hərbi Qənimətlər Parkında növbəti sınıq-salxaq «hərbi avadanlıqları» gözləyir.
Naxçıvanda yaradılan Ümumqoşun Əlahiddə Ordusunun qüdrətini Günnüt əməliyyatı zamanı görən ermənilərin deyəsən babaları Andronik kimi qulaqlarının hər ikisinin, özü də dibindən kəsilməsinin vaxtıdır. Naxçıvanı erməni təcavüzündən xilas edən ümummilli lider Heydər Əliyevin muxtar respublikada yaratdığı Milli Ordunun, ilk sərhəd dəstələrinin bazası əsasında təkmilləşən Ümumqoşun Əlahiddə Ordunun təchizatı, döyüş qabiliyyəti Ermənistanın mifik ordusundan qat-qat güclüdür. «Ancaq Ulu Öndərin qətiyyəti, cəsarəti, siyasi müdrikliyi, naxçıvanlıların fədakarlığı bütün bu planları – ermənilərin və AXC-Müsavat cütlüyünün planlarını alt-üst etmişdir və Naxçıvanı Heydər Əliyev qorumuşdur, necə ki, ondan sonra Azərbaycanı böyük bəlalardan qoruya bildi. 1993-cü ildə ölkəmiz demək olar ki, parçalanırdı, vətəndaş müharibəsi gedirdi və məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində biz bu ağır sınaqdan üzüağ çıxa bildik. Məhz bugünkü Zəfərin təməli, bax, o vaxt qoyulmuşdur» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, erməniləri qıcıqlandıran əsas məsələlərdən biri də Zəngəzur dəhlizinin bərpası ilə bağlı Azərbaycanın göstərdiyi qətiyyət, siyasi iradə və region dövlətləri arasındakı əməkdaşlığın genişləndirilməsidir. «Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq» söyləyən Prezident İlham Əliyev ötən ilin noyabrın 10-da imzalanmış kapitulyasiya aktını diqqətə çatdıraraq bildirir ki, məğlubiyyətlə barışmaq istəməyən Ermənistan Azərbaycanla Türkiyənin birliyinin özlərinin əbədi məhvi olacağını 44 gün davam edən müharibədə anladılar. Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi olmadığı kimi, Naxçıvanın da Ermənistana aidiyyatı ola bilməz . Bu reallıqla barışmaq istəməyənlərə tövsiyəsini «Getsinlər, öz işləri ilə məşğul olsunlar. Bu Hərbi Qənimətlər Parkı ilə Azərbaycana qarşı aparılan çirkin kampaniyaya son qoyulmalıdır» sözləri ilə çatdıran Prezident İlham Əliyevin vurğuladığı kimi, Ermənistan və havadarları nə qədər çalışsalar da , Zəngəzur dəhlizinin bərpasına mane ola bilməyəcəklər. Muxtar respublikanın sərhədlərində təxribatlar törədib, atəşkəsi pozan ermənilər çox yaxşı bilirlər ki, onların «müzəffər və güclü” orduları» yoxdur. Ermənistan rəhbərliyi belə qüdrətli Azərbaycan qarşısında dayanacaq gücə, iradəyə, hüquqi və mənəvi haqqa malik deyil. Dırnaqarası «sərkərdələri”» ilə bağlı mifləri də boşboğazlıqdır. «Guya Ermənistanda elə görkəmli generallar, sərkərdələr var ki, onlar istənilən hərbi vəzifəni yerinə yetirə bilərlər. Biz gördük ki, onların generalları oğrudurlar, «tuşonka”» satandırlar. Onların sərkərdələri də qorxaqdırlar, fəraridirlər. Xocalı cəlladları Koçaryan, Sarkisyan, Ohanyan müharibə zamanı Qarabağa soxulmuşdular, orada idilər. Amma görəndə ki, müzəffər Azərbaycan Ordusu öz torpaqlarını qəhrəmancasına azad edir, qaçdılar gizləndilər. Soruşmaq lazımdır onlardan, oradan nəyə görə çıxdılar? Onlar Xankəndidə idilər, üçü də. Niyə qaçmısınız? Niyə gizlənmisiniz? Mən demişəm, bir daha deyirəm, o dəmir-dümürləri çıxarın, onları atın zibil yeşiyinə. Siz fərarisiniz, qorxaqsınız. Biz sizi məhv etmişik. Xocalı soyqırımında ən fəal rollardan birini oynayan keçmiş müdafiə naziri Şuşadan güclə canını qurtardı, son anda canını qurtardı. Dovşan kimi qaçmışdılar. Biz onları məhv etmişik. Onların dırnaqarası «qəhrəmanlarını”», «Artsax»”, olmayan «Artsax»” qəhrəmanlarını məhv etmişik» söyləyən Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, fərarilərdən, satqınlardan, cəlladlardan, qorxaqlardan ibarət ermənilər sərkərdələr yetirmiş Naxçıvan qarşısında heç nə edə bilməzlər. « Biz hələ ki, təmkin göstəririk. Amma odla oynamasınlar. Onlar bizim yumruğumuzu görüblər. Bu yumruq yerindədir. Heç kim bizim qabağımızda dura bilməz. Əgər biz zərrə qədər təhlükə görsək, – zərrə qədər, – onları dərhal məhv edəcəyik. Elə yerindəcə məhv edəcəyik. Onlar da bunu bilirlər. Gücümüz də var, iradəmiz də var, cəsarətimiz də var. Yumruq da yerindədir.» Daşnakların Naxçıvanla bağlı iddialarına ən tutarlı cavab ulu öndər Heydər Əliyevin sözləridir: «Naxçıvanın muxtariyyatı tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyatı Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət çox mühüm amildir. Biz bu amili qoruyub saxlamalıyıq.»

