Bakıda qadın özünü bıçaqladı – VİDEO
Gecə saatlarında Bakının Keşlə qəsəbəsində bıçaqlanma hadisəsi olub.
ARANTV.AZ xəbər verir ki, 1987-ci il təvəllüdlü Abbasova Nazilə Baloğlan qızı özünü bıçaqlayaraq intihara cəhd edib.
Qadın təcili olaraq Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
N.Abbasovaya qarının ön divarının kəsilmiş deşilmiş yarası diaqnozu qoyulub. Hazırda vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.
oxu.az

