Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Əsas səhifə

Bu, xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında bizim borcumuz idi və biz bu borcu şərəflə yerinə yetirdik

By Vüsal Rafiqoğlu
21.08.2021 6 Min Read

Dövlət başçısı İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində bir daha bildirmişdir ki, əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik

 

Dövlət başçısı İlham Əliyev istər 44 günlük İkinci Qarabağ müharibəsi dövründə, istərsə də tarixi Zəfərimizdən sonra yerli və xarici mətbuata müsahibələrində Vətən müharibəsinin həqiqət anı olduğunu önə çəkərək kimin haqqın, ədalətin, kimin şərin yanında olduğunu əsaslı şəkildə diqqətə çatdırdı. Ölkə Prezidenti Azərbaycana dost ölkələr olan Türkiyə və Pakistanın İkinci Qarabağ müharibəsi başlandığı gündən Azərbaycanın yanında olduqlarını bildirərək, bunu dostluğun, qardaşlığın təcəssümü kimi dəyərləndirir. Bu günlərdə “CNN Türk” televiziya kanalına müsahibəsində jurnalistin “Diqqətimi çəkən çox gözəl bir məqam var. Hara getsək Azərbaycan bayrağının yanında Türkiyə bayrağını görürük və çox gözəl qarşılanırıq. Cənab Prezident, Siz bu mövzu haqqında nə düşünürsünüz? Burada necə bir yanaşma var? Mən burada gördüklərimdən çox məmnunam. Bu, nəyə əsaslanır? Kökümüzəmi? Kökümüz bir olduğu üçün belə davam edirik” sualını cavablandıran cənab İlham Əliyev bildirmişdir ki, bu, bir günün hadisəsi deyil. Bütün bu illər ərzində Türkiyə-Azərbaycan birliyini möhkəmləndirmək üçün çox böyük səylər göstərdik. Dünyada oxşar tarixə, mədəniyyətə, etnik köklərə malik olan ölkələr çoxdur. Bizim ətrafımızda elə ölkələr var ki, onların dili də bir-birinə bənzəyir, etnik kökləri də bir-birinə yaxındır. Amma baxın, görün, bu ölkələr arasında əlaqələr necədir? Bəziləri bir-birinə düşməndir: “Yəni, ortaq tarix və ortaq etnik köklər hələ o demək deyil ki, ölkələr də qardaş ölkələr olsunlar, xalqlar da qardaş xalqlar olsunlar. Yəni, bu, böyük bir siyasətin təzahürüdür. Son 18 il ərzində həm Türkiyə, həm Azərbaycan tərəfindən vahid siyasət formalaşdırılıb. Ondan daha əvvəl atamın dönəmində onun məşhur kəlamı var: “Bir millət, iki dövlət”. Bunu indi bilməyən yoxdur. Amma bəziləri bəlkə də bilmir ki, bunun müəllifi Heydər Əliyev olmuşdur. Bu sözləri o demişdi. Bu sözlər bizim üçün işıqlı bir yoldur. Bu vəsiyyətə, bu sözlərə sadiq olaraq biz hər istiqamət üzrə əlaqələrimizi gücləndirdik, yüksək səviyyəyə qaldırdıq.”

Dövlət başçısı bildirmişdir ki, Türkiyəyə nə qədər böyük sevgi və məhəbbət var. Bu, hər zaman belə idi. Amma bu, İkinci Qarabağ müharibəsində daha da artdı. Çünki Azərbaycan xalqı çox gözəl gördü ki, onun əsl dostu, qardaşı kimdir: “Bizim yanımızda olan ölkə Türkiyə və Pakistan idi. Biz bəzi ölkələrdən heç dəstək ifadələri də duymadıq. Halbuki biz haqlı idik. Yenə də deyirəm, biz öz ərazi bütövlüyümüzü bərpa edirdik. Ona görə Türkiyə və Azərbaycan bayraqlarının birgə dalğalanması təbiidir. Birliyimiz də əbədidir… Türkiyə-Azərbaycan birliyi artıq bölgəsəl amildir. Bəlkə də nə vaxtsa qlobal amilə çevriləcək, ola bilər.”

Şuşa Bəyannaməsi artıq dünyanın qəbul etməli olduğu gerçəklikdir. Azərbaycan və Türkiyənin dostluğuna, qardaşlığına, müttəfiqlik sənədinin imzalanmasına şahidlik edən Qarabağın tacı Şuşadan dünyaya bir sıra mesajlar ünvanlandı. Tarixi Zəfərimizdən sonra Azərbaycan Prezidentinin ilk olaraq qardaş ölkənin Prezidentini Qarabağımızda qarşılaması və burada Şuşa Bəyannaməsinin imzalanması təsadüfi deyil, bunun rəmzi mənası var. Azərbaycanın kədərini öz kədəri, sevincini öz sevinci kimi qəbul edən qardaş Türkiyə Zəfərimizin sevincini də Azərbaycan qədər yaşadı. Türkiyə Prezidentinin Zəfər Paradında Azərbaycanın yanında olması, həmin səfər zamanı bir sıra sənədlərin imzalanması fonunda bunların simvolik məna kəsb etdiyini önə çəkərək hələ o qədər imzaların atılacağını bildirməsi, həmçinin Şuşada olmaq istəyini bildirməsi bu Zəfərin qardaş ölkədə necə sevinclə, qürurla qarşılandığını nümayiş etdirdi, Şuşa səfərinin reallaşdığı tarixə də diqqət yetirmək kifayətdir. Milli Qurtuluş Günü dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanı inkişafa, tərəqqiyə çıxardığı dövrün başlanğıcıdır. Ümummilli Liderin yeganə arzusu, istəyi ərazi bütövlüyümüzün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi idi. Ölkə Prezidenti İlham Əliyev bu vəsiyyəti yerinə yetirdi. Cənab İlham Əliyev sözügedən müsahibədə jurnalistin “Şuşa ilə bağlı atanızın xüsusi vəsiyyəti var idi” sualına cavabında vurğulamışdır ki, atamın vəsiyyəti təkcə Şuşa ilə deyil, o vaxt işğal altında olan bütün torpaqlarla bağlı idi. Şuşa alınandan sonra atamın qəbrini ziyarət edərək dedim ki, onun vəsiyyətini yerinə yetirdim. Mən həyatımda bəlkə də ən xoşbəxt günlərimdən birini yaşadım. Şuşa, əlbəttə ki, hər bir azərbaycanlı üçün doğma, əziz şəhərdir, böyük rəmzi məna daşıyır: “Təsadüfi deyil ki, mən Şuşanı Azərbaycanın Mədəniyyət Paytaxtı elan etdim. Ancaq bütün digər şəhərlər də mənim üçün, bütün Azərbaycan xalqı üçün Şuşa qədər əzizdir və doğmadır. Hər qarış torpaq bizim torpaqdır və onları biz azad etməli idik. Bu, xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında bizim borcumuz idi və biz bu borcu şərəflə yerinə yetirdik.”

Dövlət başçısı İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsi ilə yanaşı, Kəlbəcərə və Laçına səfəri çərçivəsində Kəlbəcər şəhərində Dövlət bayrağımızın ucaldılması mərasimində 30 illik işğal dövrünün bütün reallıqlarını faktlar əsasında diqqətə çatdıraraq bir daha bildirdi ki, hər zaman Azərbaycan xalqının işğalla barışmayacağını bildirmişdim.

44 günlük İkinci Qarabağ müharibəsi bunu bir daha təsdiqlədi. Zəfərimiz ermənilərin illərlə yaratdıqları bütün mifləri məhv etdi. Guya erməni ordusu yenilməzdir, məğrurdur, Azərbaycan müharibə etmək imkanında deyil, ermənilər zəngin tarixə və mədəniyyətə malikdir və bu kimi miflər darmadağın edildi. Dünyaya sübut olundu ki, ən güclü ordu Azərbaycan Ordusudur, məğrur, yenilməz xalq Azərbaycan xalqıdır, zəngin mədəniyyətə, tarixə malik Azərbaycandır. Xalqımız öz tarixinə sahib çıxmaqla məğlubedilməzliyini dünyaya sübut edir. Saxta tarix yazmaqla nəyəsə nail olacaqlarını düşünən ermənilər bir daha yəqinləşdirdilər ki, tarix faktları sevir. Himayədarlarının dəstəyi ilə tarixi uzun müddət saxtalaşdırmaları mümkünsüzdür. Tarixin faktların dili ilə danışdığı bütün dövrlərdə ermənilər himayədarlarının dəstəyinə əsaslanaraq öz yalanlarını həqiqət kimi sırımağa çalışıblar. İnformasiya blokadasında olduğumuz illərdə, yəni müstəqilliyimizin ilk dövründə ermənilər buna nail olsalar da artıq bunun mümkünsüzlüyü göz önündədir. Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəsində möhkəm hüquqi bazanın mövcudluğu əhəmiyyətli rol oynadı. Bu gün Qələbəmizin nəticələrini möhkəmləndirmək əsas hədəflərimizdəndir.

Qələbəmizin yaratdığı reallıqların diktə etdiyi məqamlardan biri də dost ölkələrlə müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələrini qurmaq və genişləndirməkdir. Azərbaycanın təşəbbüsü ilə Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin paytaxt Bakıda toplantılarının keçirilməsi və Bakı Bəyannaməsinin imzalanması da deyilənlərin bariz nümunəsidir. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdikləri nümayəndə heyətlərini qəbul edən Prezident İlham Əliyev Bakıda gerçəkləşən birinci üçtərəfli görüşü regional təhlükəsizliyin təminatı baxımından mühüm tarixi hadisə adlandıraraq vurğulamışdır ki, Türkiyənin və Pakistanın Vətən müharibəsinin ilk anlarından Azərbaycana dəstəyini xalqımız müzəffər Ordumuzun Qələbəsi, qardaşlığın Zəfəri kimi böyük coşqu ilə qeyd etdi.

Əvvəldə də qeyd etdiyimiz kimi, İkinci Qarabağ müharibəsindən sonra sevincini qeyd edən insanların hər üç dövlətin rəmzi olan bayraqları birlikdə dalğalandırmaları dost ölkələrə xalqımızın minnətdarlıq cavabı idi. Milli-mənəvi dəyərləri, tarixi eyni olan Türkiyə ilə Azərbaycanın əsrlərin sınağından çıxan birliyinin sübutuna ehtiyacı yoxdur. Prezident İlham Əliyevə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın cavabı da qardaş səmimiyyətindən qaynaqlandı:«Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür.» Şuşa Bəyannaməsi ilə bu qardaşlığın daha böyük perspektivləri açıqlandı.

Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar əsasında münasibətlər quran, bütün xalqlarla bərabərlik, qarşılıqlı anlaşma şəraitində yaşamaq prinsiplərinə sadiq olan Azərbaycan İkinci Qarabağ müharibəsində dünyada hansı proseslərin getdiyinin bir daha şahidi oldu. 30 ilə yaxın müddətdə Ermənistana dəstək olan dövlətlər Vətən müharibəsinin getdiyi dövrlərdə də bu yanaşmalarını qabarıq şəkildə büruzə verdilər. Azərbaycana göstərilən təzyiqlərə baxmayaraq dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev öz prinsipial mövqeyindən bir addım da belə geri şəkilmədi, müharibənin hansı şərt daxilində dayandıra biləcəyini diqqətə çatdırdı. Azərbaycan Ordusunun gücü, qüdrəti qarşısında Ermənistan diz çökdü. Artıq havadarları Ermənistana dəstək vermək imkanında deyildi. Çünki “Dəmir yumruq” əməliyyatı 30 ilin ədalətsizliyinə son qoydu.

Qeyd etdiyimiz kimi, Vətən müharibəsində dəstək olan ölkələrdən biri Pakistan idi. Qardaş Türkiyədən sonra Pakistanın Azərbaycanın müstəqilliyini tanıması ilə iki dost ölkə arasında yaranan, möhkəmlənən siyasi, iqtisadi, hərbi əməkdaşlıq illərdən bəri strateji tərəfdaşlıq səviyyəsində davam edir. Azərbaycanla həmrəyliyini Ermənistanla sərhədlərini bağlamaqla bildirən Türkiyə kimi Pakistanın da bu günədək işğalçı dövlətlə heç bir əlaqəsi yoxdur.

İyulun 27-də Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin Birinci Üçtərəfli görüşü və Bakı Bəyannaməsinin imzalanması əlaqələrimizin dünəninə işıq salaraq perspektivləri açıqladı. Şuşa Bəyannaməsinin ardınca Bakı Bəyannaməsinin imzalanması dünyaya Azərbaycandan ünvanlanan növbəti birlik, həmrəylik mesajı oldu. Regional təhlükəsizliyin təminatı, müsəlman ölkələrinin birliyinin möhkəmləndirilməsi, qərəzli dairələrin bilərəkdən formalaşdırdıqları islamofobiyaya qarşı mübarizənin genişləndirilməsi baxımından tarixi hadisə olan Bakı Bəyannaməsinin imzalanması bir çox məqamlara işıq saldı. Hər iki Bəyannamə Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajları özündə ehtiva edirlər.

Qeyd etdiklərimiz bir daha bu reallığı təsdiqləyir ki, dünya ikili siyasətindən yaxa qurtara bilməsə də ədalətin, beynəlxalq hüququn norma və prinsiplərinin mövcudluğunun inkarı mümkünsüzdür. 44 günlük Vətən müharibəsi dünyaya bu reallığı çatdırmaqla yanaşı, onların icrası üçün vahid mexanizmin yaradılmasının da bir tələb olduğunu sübut etdi.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycana mobil telefonlar hansı ölkələrdən gətirilib? – SİYAHI

Next

Ət məmulatlarının faydaları

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv