Qurban Yetirmişli təcili Şamaxıya getdi
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli ötən gün baş vermiş zəlzələ ilə əlaqədar Şamaxı rayonuna səfər edib.
ARANTV.AZ azvision.az-a istinadən xəbər verir ki, bu barədə direktor özü məlumat verib. Bildirib ki, səhər saatlarında zəlzələ bölgəsinə səfər edib. Hazırda ərazidə təhqiqat işləri aparılır.
Qeyd edək ki, fevralın 5-də yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərdbdə İsmayıllı ərazisində yeraltı təkan qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə olub. Yeraltı təkanlar nəticəsində 30 nəfər təcili tibbi yardıma müraciət edib, 12-yə yaxın tikiliyə ziyan dəyib.

