Cəmiyyət 

Azərbaycanda ilk dəfə olaraq unikal cərrahiyyə əməliyyatı uğurla icra olunub

ARANTV.AZ xəbər verir ki, Azərbaycanda ilk dəfə olaraq böyrək çatışmazlığından əziyyət çəkən xəstənin ürək damarında diaqnostik koronar angioqrafiya və stend qoyulma əməliyyatı aparılıb. Yeni sistemin tətbiq edildiyi əməliyyat uğurla həyata keçirilib.

Xəstəliklərin diaqnostikasında bəzi müayinələrdə istifadə edilən radio kontrast maddələr böyrək funksiyası pozulan xəstələrdə problemlər yaradır. Bu da böyrək çatışmazlığından əziyyət çəkən ürək xəstələrində kəskin müdaxilə tələb edilən hallarda həkimin işini çətinləşdirir. Ölkəmizdə ilk dəfə olaraq Mərkəzi Neftçilər Xəstəxanasında son texnologiyanın tətbiqi ilə bu problem aradan tam qaldırıldı. Diaqnostik koronar angioqrafiya və ardınca stend uyğulanması əməliyyatı aparılan pasiyent əməliyyatdan əvvəl və əməliyyat vaxtı Renal Guard sisteminə qoşulub. Adi halda bu cür xəstələrdə andioqrafiya etmək böyrək çatışmazlığını artırır və prosedurdan sonra təxminən 48-ci saatda kəskin böyrək çatışmazlığı və dializə ehtiyacı yaranır. Yeni sistemin tətbiqi isə kəskin böyrək çatışmazlığının yaranmasının qarşısını alıb və ürək əməliyyatı uğurla icra olunub.

Renal Guard sistemi sayəsində böyrəklər zərərli təsirdən tamamilə mühafizə olunur. Eyni zamanda, bu sistem vasitəsilə kəskin ürək çatışmazlığının müalicəsində yüksək nəticələr əldə etmək mümkündür. Bu, kardiologiya – nefrologiya sahəsində bir inqilab sayılır.

Böyük Britaniyadan olan kardioloq Robin Luperin sözlərinə görə, tətbiq edilən yeni sistem böyrək çatışmazlığından əziyyət çəkən xəstələrə daim nəzarəti həyata keçirir.

“Kontrast Nefropatiyanın Profilaktikası, Renal Guard sistemi” mövzusunda keçirilən seminarda da məlumat verildi ki, böyrək çatışmazlığı ilə paralel ürək problemlərinin həll olunması texnologiyasının Azərbaycanda tətbiq edilməsi müasir tibbin nailiyyətlərindəndir.

Daha çox xəbərlər