Bakıda tanınmış klubda mühafizəçi müştərini döyərək öldürüb
Bakının Xətai rayonunda qətl hadisəsi baş verib.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, hadisə Xocalı prospektində yerləşən iaşə obyektində qeydə alınıb.
Belə ki, “Berlin pub” klubunun mühafizəçisi Orxan Şahbazov iaşə obyektində müştəri olan 1981-ci il təvəllüdlü Mustafayev Vüqar İlham oğlunu döyərək qətlə yetirib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi başlanılıb. O.Şahbazov saxlanılıb.

