Hadisə 

Bakıda piyadanı avtomobil vurub

Bakının Sabunçu rayonunda yol nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.

Yolu keçən 1962-ci il təvəllüdlü Novruzov Məhşur Nazim oğlunu “Khazar” markalı avtomobil vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Daha çox xəbərlər