SON DƏQİQƏ: Kabil hava limanı raket atəşinə tutuldu – KİV
Bazar ertəsi səhər saatlarında Əfqanıstanın paytaxtı Kabildə Həmid Kərzai Bynəlxalq Hava Limanına bir neçə raket atılıb.
ARANTV.AZ xəbər verir ki, bu barədə ABŞ-ın adının çəkilməsini istəməyən numayəndəsi “Reuters”ə məlumat verib.
O bildirilib ki, cəmi 5 raket atılıb, lakin onların hamısının müdafiə sistemi tərəfindən vurulub-vurulmadığı bəlli deyil .
Həmin şəxs ilkin məlumatlara istinad edərək ABŞ-dan itki olmadığını, lakin hər şeyin dəyişə biləcəyini vurğulayıb.

