Türkiyəli diplomat: “1915-ci ildə Makronun atası da anadan olmamışdı”
ARANTV.AZ xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycan və Moldovada fövqəladə və səlahiyyətli sabiq səfiri olmuş, məşhur diplomat Hulusi Kılıç bildirib.
“Tarixçilər tarixlə, siyasətçilər isə siyasətlə məşğul olsa daha məntiqli olar. 1915-ci il hadisələrinin hüquqi, tarixi və akademik dərəcədə qanuni bir problemli mövzudur.
Bu məsələ siyasətçilərin deyil, tarixçilərin sahəsidir. 1915-ci ildə Makronun dədəsi də dünyada deyildi. Makronun öncə Osmanlı tarixini yaxşı öyrənməsini gözləyirik. Makronun ifadələri Fransada yaşayan 700 mindən çox çox türk vətəndaşı, türk əsilli Fransa vətəndaşları daxil olmaqla, Azərbaycan vətəndaşlarına, qardaş Türk ölkələrinin vətəndaşlarına hörmətsizlikdir. Atılan addım təhlükəli və separatçı narahatçılıq, ayrı–seçkilik yaradacaq, xalqları düşmən halına gətirəcək.
İstiqlal savaşı dönəmində Fransanın Anadoluda ermənilərin əli ilə həyata keçirdiyi dəhşətlər, yaxın keçmişdə Əlcəzairdə etdiyi qətliamlar və Ruanda soyqırımı yaddaşımızdadır.
Ayrıca son 45 ildə bəziləri Fransada olmaqla, 42 günahsız Türk diplomatının erməni terrorçu qurplaşmaları tərəfindən vəhşicəsinə qətli və 27 il öncə Xocalıda erməni terrorçuları tərəfindən həyata keçirilən qətliam qarşısında susanlar, tarixin küllərini qarışdıraraq başqalarını ittihama qalxmasının insan zəkasını təhqir olaraq dəyərləndirirəm.
Makronun atacağı bu təhlükəli,separatçı və yalnış addımdan imtina edəcəyini gözləyirik”.
Ölkə.Az

