Cəmiyyət 

Zəlzələ bölgəsində yollarda çatlar əmələ gəlib – FOTO

Fevral ayının 5-də, gecə saatlarında Şamaxı və İsmayıllı rayonlarında baş vermiş zəlzələ nəticəsində avtomobil yollarının bəzi hissələrində yolların eni və uzunu boyu çatlar əmələ gəlib, sürüşmələr qeydə alınıb.

ARANTV.AZ-ın məlumatına görə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 115-120-ci km-lik hissəsində 1-3 sm enində beş yerdə çatlar yaranıb, Şamaxı-Pirqulu-Dəmirçi və Çuxuryurd-Qızmeydan-Pirbəyli avtomobil yollarında çatlar və sürüşmələr qeydə alınıb.

Çatlar İsmayıllı-Muğanlı avtomobil yolunda da müşahidə olunur.

Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları tərəfindən yollara baxış keçirilir, yollara dəymiş ziyan aktlaşdırılır.

Daha çox xəbərlər