Cəmiyyət 

Zəlzələdən zərərçəkənlərə sığorta ödənişləri gələn həftədən veriləcək

ARANTV.AZ xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı işlər fasiləsiz  davam etdirilir. Zəlzələdən zərərçəkənlərə sığorta ödənişləri isə gələn həftədən etibarən verilməyə başlanacaq. “AzSığorta” ASC-nin İdarə Heyətindən verilən məlumata görə, hazırda şirkətə 70-dən çox müraciət daxil olub. Operativ cavablandırma üçün hadisə yerində qərargah yaradılıb. Vurulan ziyanın məbləği araşdırılır. Hər sığorta halı üçün minimum sığorta ödənişi 1000-1500, maksimum məbləğ isə 30 min manat təşkil edəcək.

Daha çox xəbərlər