Siyasət 

Bakıda TDƏŞ-in nəzdində diasporla iş üzrə Təmas Qrupunun ikigünlük iclası keçirilir

ARANTV.AZ xəbər verir ki, bu il Türkdilli Dövlətlərin diaspor təşkilatları üçün əhəmiyyətli il olacaq. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının nəzdində diasporla iş üzrə Təmas Qrupunun Bakıda keçirilən iclasında konkret tədbirlər və proqramlar müzakirə edilib.

Bu il Almaniya, ABŞ və Fransada fəaliyyət göstərən türkdilli diasporlar və vətəndaş cəmiyyətlərinin potensialının artırılması üçün təlimlər keçiriləcək. Eyni zamanda bir sıra ölkələrdə Novruz bayramı da Türkdilli diaspor təşkilatları və TÜRKSOY-la birlikdə qeyd olunacaq. Bu və digər tədbirlərin reallaşdırılması üçün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının nəzdində diasporla iş üzrə Təmas Qrupu Bakıda ikigünlük müzakirələrə başlayıb. Qrupun 5-ci iclasında çıxış edən Disporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov qloballaşan dünyada milli-mənəvi dəyərlərin qorunması üçün Türkdilli Dövlətlərin diaspor təşkilatlarının birgə fəaliyyət göstərməsinin vacibliyini vurğuladı. Şuranın Baş katibinin müavini Ömer Kocaman bu ilin diaspor qurumları üçün əhəmiyyətli olacağını dedi. Çünki türkdilli dövlətlərdə və dünyanın aparıcı ölkələrində ardıcıl tədbirlər təşkil ediləcək.

Bu il eyni zamanda Qazaxıstanda iki tədbirin olacağı gözlənilir. Bunlar Türkdilli diaspor gənclərinin 4-cü Beynəlxalq Gənclər Düşərgəsi və Türk Şurasının 4-cü toplantısıdır.

Daha çox xəbərlər