Sinfin və ya məktəbin bağlanmasına bu qurum qərar verəcək
“Məktəblərin girişində şagird və müəllimlərin temperaturunun yoxlanılması nəzərdə tutulur”.
ARANTV.AZ xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev brifinqdə çıxış edərkən deyib.
O bildirib ki, kiminsə temperaturu 37 dərəcədən yüksək olarsa, həmin şəxs məktəbə, təhsil müəssisəsinə buraxılmayacaq: “Hansısa məktəbdə kimdəsə COVID-19 testinin nəticəsi pozitiv çıxarsa, Gigiyena və Epidemiologiya Mərkəzinə məlumat verilir. Onlar araşdırma apardıqdan sonra həmin sinfin, yoxsa məktəbin bağlanmasına qərar verəcəklər”.

