Olimpiya çempionumuzun adı dərsliyə salındı — FOTOFAKT
Birinci sinfin “Azərbaycan dili” dərsliyinə 2000-ci ildə Sidneydə keçirilən Olimpiya Oyunlarının qalibi, veteran güləşçi Namiq Abdullayevlə bağlı hekayə salınıb.
ARANTV.AZ-ın məlumatına görə, “Finalda” adlanan qısa hekayədə olimpiya çempionumuzun uğur hekayəsi məktəblilərə təqdim edilir.
Qeyd edək ki, N.Abdullayev hazırda Daxili İşlər Nazirliyinin əməkdaşıdır, polis polkovnikidir.


Ölkə.Az

