Hadisə 

Qəbələdə arvadının boğazını kəsib öldürən kişi yenidən hakim qarşısında

Qəbələ rayonunda arvadını qətlə yetirməkdə təqsirli bilinərək məhkum olunan Cəsarət İbrahimov Ali Məhkəməyə müraciət edib.

ARANTV.AZ  xəbər verir ki, onun şikayətinə hakim Şahin Yusifovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılacaq.

Qeyd edək ki, hadisə rayonun Mirzəbəyli kəndində qeydə alınıb. Kənd sakini, 33 yaşlı Cəsarət Ağalar oğlu İbrahimov qısqanclıq zəminində həyat yoldaşı, 33 yaşlı Ülviyyə Rasim qızı İbrahimovanın bıçaqla boğazını kəsib. Nəticədə çoxlu qan itirən qadın hadisə yerində ölüb.

Polis əməkdaşları tərəfindən saxlanılan Cəsarət İbrahimov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Daha çox xəbərlər