Manset Təhsil 

Biz hər zaman Qalib olacağıq ! VİDEO+FOTO

Azərbaycan öz müstəqilliyini əldə edəndən sonra digər sahələrdə olduğu kimi təhsildə də köklü islahatlar zərurəti ortaya çıxdı.Təhsil islahatı dövlətin təhsil siyasətinin bir istiqamətidir. Bu islahatlar Cəmiyyətin maariflənməsi məsələsində məktəbin və müəllimlərin fəaliyyətinin tərkib hissəsi və icra edəcəyi vacib işlərdən biridir. Elə bu məqsədlə 15 sentyabr BİLİK GÜNÜ ilə əlaqədar olaraq Avqustun 22-dən start götürən “Şagird – Müəllim – Valideyin üçbucağı adı altında şeir müsabiqəsi”Təhsil Forumu – 2021 qrupu, Aran Media Group təşkilatı və Hədəf Nəşrləri tərəfindən təşkil edildi. Sentyabrın 4-də başa çatan müsabiqənin şərtlərinə uyğun olaraq qaliblər müəyyənləşdirilərək, “Təhsil Formu ” 2021 qrup rəhbəri Emil Tağızadə və moderator heyətinin üzvləri Məsmə Nəcəfova və Vahidə Ağayeva, Aran media Group rəhbəri Şeyda Əzizova və kanal nümayəndələri,Hədəf nəşrləri tərəfindən yaşadığı ünvanlarda və təhsil aldıqları məktəblərdə təqdimatları reallaşdi.Keçirilən müsabiqədə Birinci yerin qalibi Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi Telvan İsgəndərov adına 142 saylı tam orta məktəbin 4a sinif şagirdi Tural Zeynallı oldu. Xüsusi istedadı ilə fərqlənən Tural, indiyədək Respublika üzrə xeyli sayda diplom və mükafatlara layiq görülub.Tural ona dəstək olan İbtidai sinif müəllimləri Suqra Fərəcova,Bənövşə Novruzova,ingilis dili müəllimi Günel İbrahimovaya təşəkkür etdi.Qalibə Aran Media Group MMC təşkilatı tərəfindən “Fəxri Diplom” və AMQ loqosu həkk olunan köynək və Hədəf Nəşriyyatı tərəfindən kitab hədiyyəsi təqdim olundu. Müsabiqə də 2ci yerin qalibi isə Şəki rayonu baş Göynük kənd 2sayli tam orta məktəbin 2a sinif şagirdi Gülay Həsənova oldu. Gulay hər zaman məktəbin bir çox tədbirlərində yaxından iştirak edib.Məktəbin direktoru Mehriban Mənəfova,sinif müəllimi Səbunə İlyasov da şagirdləri ilə fəxr etdiklərini qeyd edərək söylədilər ki, Belə müsabiqələr məktəbə, müəllimə, şagirdə və valideynə özünə inamı artırmaq, fəaliyyətinin nəyə layiq olduğunu bilmək və təhsilimizin səviyyəsini öyrənmək üçün lazımlıdır. Qalibə Aran Media Group MMC təşkilatı tərəfindən Media Diplomu və döş nişanı, Hədəf Nəşriyyatı tərəfindən kitab hədiyyəsi təqdim olundu.Ağdam rayon 23 saylı köçkün tam orta məktəbin 7 a sinif şagirdi Ülviyyə Kərəmli isə müsabiqədə 3 cu yerin qalibi olub. Məktəbin Direktor müavini Cəmilə Süleymanova,müəllim Aytac Əzizova çalışdıqları məktəbin şagirdinin müsabiqədə yüksək nailiyyətləri münasibətilə məktəb rəhbərliyini, müəllim kollektivini, müsabiqədə 3 cu yeri tutan Ulviyyə Kərəmlini və onun valideynlərini təbrik etdilər. Qalibə Aran Media Group MMC təşkilatı tərəfindən Media Diplomu və döş nişanı, Hədəf Nəşriyyatı tərəfindən kitab hədiyyəsi təqdim olundu.Məlumat üçün bildirək ki, Müsabiqənin keçirilməsində məqsəd, istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.

 

Daha çox xəbərlər