Cəmiyyət 

“ASAN xidmət”də 27 milyonuncu müraciət qeydə alınıb

ARANTV.AZ xəbər verir ki, Azərbaycan brendinə çevrilən “ASAN” xidmətdə 27 milyonuncu müraciət qeydə alınıb. Hazırda ölkəmizdə 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Gələcəkdə xidmətin əhatə dairəsi daha da genişləndiriləcək.

82 yaşlı Fərman Hacıyev 1 saylı “ASAN” kommunal mərkəzində “Azəriqaz” İstehsalat Birliyi, “Azərişıq” və “Azərsu” Açıq Səhmdar Cəmiyyətləri tərəfindən həyata keçirilən xidmətlərdən yararlanıb.

İyirmi yeddi milyonuncu müraciətin sahibi kimi Fərman Hacıyeva təşəkkürnamə və simvolik hədiyyələr də verildi. Hazırda ölkəmizdə 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakıda, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Bundan başqa, rayonlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir. Həmçinin Bakıda əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir. Gələcəkdə isə xidmətin əhatə dairəsi daha da genişləndiriləcək.

Yeri gəlmişkən, artıq Azərbaycanın “ASAN xidmət” modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi sahəsində eyni adlı qurum təsis edilib.

Daha çox xəbərlər