Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi prosesində əhəmiyyətli nəticələr əldə edib
ARANTV.AZ xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, xüsusi hərbi ixtisaslar üzrə hazırlıq prosesində əhəmiyyətli nəticələr əldə edib. Bu barədə qurumun yaradılmasının 7 illiyinə həsr olunan tədbirdə danışılıb. Xidmətin rəisi Arzu Rəhimov deyib ki, prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti mühüm inkişaf yolu keçib, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə töhfəsini verib. Çağırış və səfərbərlik resurslarını tənzimləyən mükəmməl mexanizmin yaradılması istiqamətində xidmət tərəfindən zəruri işlər görülüb. Tədbirdə dövlət başçısının Xidmətin bir qrup hərbi qulluqçusunun təltif edilməsi haqqında sərəncamları oxunub, fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.

