Manset Təhsil 

Bərdədə inşa edilmiş məktəb binası istifadəyə verilib+VIDEO-YENILƏNiB

Sentyabrın 29-da Heydər Əliyev Fondu tərəfindən Bərdə şəhər 3 nömrəli tam orta məktəbi üçün inşa edilmiş 1200 şagird yerlik məktəb binası istifadəyə verilib.

Məktəb binasının açılışında Bərdə rayon İcra Hakimiyyətinin Başçısı Vidadi İsayev,hüquq mühafizə orqanlarının yerli təşkilat rəhbərləri, Heydər Əliyev Fondunun nümayəndələri və valideynlər iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev bildirib ki,3 saylı tam orta məktəb 1936-cı ildə inşa olunmuş 23 sinif otağından ibarət binada fəaliyyət göstərib. Ötən müddət ərzində məktəbin binası fiziki köhnəlmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdür.Heydər Əliyev Fondu tərəfindən 1200 şagird yerlik yeni məktəbin inşasına 2020-ci ilin aprel ayında başlanılmış,2021-ci ilin avqust ayında yekunlaşmışdır.Məktəbin ümumi ərazisi 1.09 ha təşkil edir.Bina sahəsi 3646,3 m2 olan 4 mərtəbəli 4 korpusdan,2800m2 sahəsi olan texniki zirzəmi mərtəbəsindən ibarətdir.Bina mövcud tikinti norma və qaydalarına uyğun,9 ballıq zəlzələyə davamlı inşa edilmişdir.

Binanın texniki imkanları barədə danışan İcra başçısı Vidadi İsayev qeyd edib ki, məktəb zəruri mebel və avadanlıqlarla , fənn kabinetləri və labaratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib.Ərazisində yeraltı içməli su anbarı,nasosxana və qazanxana inşa edilib,məktəbin binası daimi isti və soyuq su,elektrik və istilik sistemləri ilə təmin edilib.Binanın daxilində və ərazidə video müşahidə kameraları qurulub.Ərazidə yanğın su anbarı inşa edilib, binada yanğın təhlükəsizlik sistemləri və təxliyə pilləkənləri quraşdırılıb.

 

Tədbirdə söz alan pedaqoji kollektivin nümayəndələri və valideynlər dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirib, yüksək qayğıya əməli işlə cavab verəcəklərini söyləyiblər.

Çıxışlardan sonra tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar.

Onu da qeyd edək ki, məktəbin 4 mərtəbəli binasında 43 sinif otağı,fizika,kimya,biologiya labaratoriyaları,informatika otağı,hərbi təlim otağı,tibb otağı,qızlar və oğlanlar üçün əmək təlimi otaqları,qarderob,kitabxana,yeməkxana,akt zalı və açıq idman meydançası var.

Daha çox xəbərlər