Abşeronda ağır qəza – ÖLƏN VAR
Abşeron rayonunda yol qəzası olub.
ARANTV.AZ xəbər verir ki, oktyabrın 4-də saat 8 radələrində rayonun Digah qəsəbəsi ərazisində qəsəbə sakini N.Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Elman Xanalıyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

