Siyasət 

Simonyanın timsah göz yaşları – Öz parlamentində sülh yarada bilməyən erməni spiker regionda sülhdən danışır

Ermənistan hakimiyyəti müxtəlif rəhbər səviyyələrdə İkinci Qarabağ müharibəsindən əvvəl olduğu kimi indidə ictimaiyyəti aldatmaq məqsədli açıqlamalar verməyə davam edirlər.

Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiyanın RBK televiziya kanalına müsahibəsində guya regionda sülh qurmağa çalışdıqlarını, səhifəni çevirməyə hazır olduqlarını bildirib. Müsahibədən stat: “Səhifəni çevirib bölgədə sülh qura bilmək çox vacibdir”

Simonyanın sülh qurmaqla bağlı fikirləri isə Ermənistan hakimiyyətinin əməlləri ilə qətiyyən üst-üstə düşmür.

Simonyan Azərbaycan ictimaiyyətində Ermənistan parlamentindəki davalardan və müxalifət yönümlü bloqer Artur Danielyanın burnunu qırması ilə tanış gələ bilər. Bütün davalarda izləyici mövqedə dayanan, heç bir müdaxilə etməyən baş duran şəxs Ermənistan parlamentinin spikeri Alen Simonyandır.

Hazırda regiondakı qısa vəziyyətə nəzər salsaq, bunu açıq görmək olar. İlk öncə onu qeyd edək, sülh və sülh sazişinin imzalanmasının vacibliyi ilə bağlı çağırşı Azərbaycan tərəf edib. Bu istiqamətdə isə Ermənistan tərəfindən heç bir müsbət addım atılmayıb.

Regionda komnikasiyaların açılma məsələsi: Azərbaycan 10 Noyabr bəyanatına uyğun olaraq regionda bütün komunikasiyaların açılmasının tərəfdarı olduğunu bildirib. Bu istiqamətdə də geniş miqyaslı işlər aparılır, yol tikintisi, dəmir yollarının çəkilməsi və.s Çünki bütün komunikasiyaların açılması regionda sülhə aparan ilk vasitələrdəndir. Bu istiqamətdə Ermənistan tərəfi nə iş görür? Bu suala erməni spikerin nə cavab verəcəyini bilmək maraqlı olardı.

Digər bir məsələ sərhədlərin müəyən olunmasıdır ki, bu məsələdə də Ermənistan stabil mövqe nümayiş etdirmir, pozuculuq fəaliyyəti göstərir. Ermənistan dövlət olaraq hələ də Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edir. Beynəlxalq təşkilatların, digər dövlətlərin məsələdə tərəf olması ilə bağlı təkliflərinə də heç bir müsbət reaksiya vermir.

Prezident İlham Əliyev dəfələrlə çıxışlarında, müsahibələrində qeyd edib ki, qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və Azərbaycan onlara öz vətəndaşlıları ilə eyni hüquqlu hesab edir. Digər tərəfdən erməni cəmiyyətində isə on illiklər boyu davam etdirilən azərbaycanafobiya bu gün də davam etdirilir. Azərbaycana, azərbaycanlılara erməni cəmiyyətində nifrət təbliğ olunur. Belə olan halda erməni spikerin sülhdən danışması daha çox ictimaiyyəti aldadmağa çalışmaqdan başqa bir şey kimi görünmür.

Ermənistan parlamentinin spikeri Alen Simonyan RBK-ya müsahibəsində İkinci Qarabağ müharibəsində həlak olan ermənilərin halına yanmaqla, azərbaycanlılarla bağlı da danışır. Onlara guya heyfislənir.

Yoldaş spiker, bəs niyə 30 il ərzində Azərbaycanın sülh təkliflərinə, münaqişənin dinc yolla həl olunmasını istəməsinə Ermənistan heç müsbət reaksiya vermirdi?! Niyə Ermənistan 30 il ərzində daim işğalın müddətini uzatmağa və Qarabağı öz ərazisi kimi tanıtdırmağa çalışırdı?!

Ermənistanın bu gün səhifəni çevirməyə çalışmaqdan daha çox səhifəni geri qaytarmağı arzulamaqla məşğuldur.

Azərbaycan Prezidenti, Azərbaycan Ordusu regionda yeni reallıq formalaşdırıb. Ermənistanda bütün revanşist fikirlərdə olanlar da ilk növbədə bunu dərk etməlidir. Daim onun bunun aslılığında mövcudluğunu davam etdirən Ermənistanın bu gün regionda yaranan yeni reallıqdan, sülh mühitindən öz inkişafı naminə istifadə etməlidir.

Trend

Daha çox xəbərlər