Sosial 

Düşməndən qisasını alan qəhraman – VİDEO

Şuşa fatehi T.Məcidovun şərəfli ömür yolu

ARANTV.AZ  Real TV-yə istinadən bildirir ki,bu kasıb komada bir qəhraman böyüyürdü. Doğma diyarından qaçqın düşmüş bir körpə. 8 aylığında Doğulduğu Fizulu rayonundan ailəsi ilə didərgin düsmüs Şəhid Baş Leytenant Teymur Məcidzadə o,10 oktyabr 1992 ci ildə doğulub. Məktəbdə oxuyarkən savadı, biliyi ilə fərqlənməyi bacaran,Teymur daha sonra iqtisadiyyat universitetinə daxil olar. Buranı bitirdikdən sonra hərbi xidmətə yollanır. Həyatı soyuq, uçuq-sökük baxça çamaşırxanasında keçən qəhrəmanımız itirilmiş uşaqlığının qisası ilə alışıb yanır və məhz bu üzdən qulluq müddəti bitsə də hərbidə qalmağı seçir. Pillə pillə irəliləyən igid leytenan rütbəsinədək ucalır.

Məntiqi, uzaqgörənliy ilə fərqlənməsi onu daha da irəli aparır. Daim inkişaf istəyi ona ingilis, rus dilini , italyan və fransız dillərini öyrənməyə sövq edir. Amalı daim yüksəliş və zirvə olan igid tarixin səhifələrində iz buraxaraq, seçilmişlərin zirvəsində qərarlaşmaq üçün günbəgün irəliləyir. Sentyabrın 27-si itirdiyi illərinin qisasını almaq məqamı yetişir. Qucaqda ana vətəni tərk edən körpə düsmən üzərinə quzğun kimi hücüm edir. İlk addımını basmaq nəsib olmayan ana vətənə əmin addımlarla ayaq basır.

Füzuli, Hadrud, Cəbrayılda döyüş yolu keçən Teymur doğulduğu Gecəgözlü kəndində qisasının tamamını alır. Məhv etdikləri düşmən tankını şəhadət barmağı ilə işarə edərək üzündə qələbə gülüşü ilə o anını əbədiləşdirirərək özündən sonra yadigar qoyur. 43 gün yorulmadan döyüşən leytenant müharibənin bitməsinə 8 saat qalmış şəhid olur.

Zirvəyə can atan Teymur indi hər kəsin çata bilməyəcəyi bir məqamdadır. O, indi tarixdə əbədiləşərək gənc nəslə nümunə göstərilir. Abşeron rayon Qobu qəsəbəsindəki 3 nömrəli məktəbdə onun adını daşıyan 1 -ci sinif şagirdləri bu qəhramanı tanıyaraq böyüyürlər. Bəlkə də onlar üçün igidin böyüdüyü ev, uyududğu məzar hafizələrinə qazılan əfsanədir. Siniflərində igid leytenantın ad günü üçün təşkil olunan təbdirə xüsusi hazırlaşan bu balalar qəhramanını daha dərindən tanımaq, yad etməyi özlərinə borc bilirlər. Məhz bu üzdən Teymurun doğulduğu evə bir ziyarət ocağı kimi gəlir, məzarını müqəddəs yer kimi baş çəkirlər.

 

Daha çox xəbərlər