Cəmiyyət 

Ünvanlı dövlət sosial yardımının alınması proseduru sadələşdirilir

ARANTV.AZ xəbər verir ki, ölkədə əhalinin məşğuluğunun artırılması ünvanlı dövlət sosial yardım almaq istəyənlərin sayının azalmasına təsir göstərib. Hazırda ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 43 minə yaxındır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli aşağadır.

Ünvanlı sosial yardım almaq istəyən hər bir vətəndaş əvvəlcə yerli notariot orqanlarında ərizə bəyannamə əldə etməlidirlər. Şəxs daha sonra həmin sənəddə göstərilən kod vasitəsilə Əmək və əhalinin sosial müdafiəsi naziriliyinin VEMTAS siteminə daxil olaraq özü və ailəsi haqqında məlumatlar daxil edir. Məhz bundan sonra 15 gün ərzində həmin vətəndaşa bununla bağlı məlumat verilir

2018-ci ilin sonuna ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 42,7 min olub. Yardımın orta aylıq məbləği isə 161,2 manat təşkil edib. İlin sonuna təyinat alan ailələr üzrə yardımın orta məbləği 189 manata çatıb. Ümumilikdə isə ünvalı dövlət sosial yardımı almaq istəyən ailələr gəlirləri ehtiyac meyarlarından aşağı olmalıdır. 2019-cu ildə bu hədd 143 manat təşkil edib.

Ünvanlı dövlət sosial yardımının alınması üçün elektron qaydada müraciət prosedurunun sadələşdirilməsi, aztəminatlı ailələrin sosial yardım proqramına daha rahat və asan müraciət imkanlarına şərait yaradılması məqsədilə dövlət tərəfindən ardıcıl addımlar da atılır. Belə ki, torpağa mülkiyyət hüququna dair çıxarışı olmayan şəxslər də artıq ünvanlı dövlət sosial yardımının  alınması üçün müraciət edə bilərlər.

Daha çox xəbərlər