Siyasət 

Vətəndaşların banklarda saxlanılan əmanətlərinin tam sığortalanması müddəti daha bir il uzadılır

ARANTV.AZ xəbər verir ki, vətəndaşların banklarda saxlanılan əmanətlərinin tam sığortalanması müddəti daha bir il uzadılır. Məsələ ilə bağlı dövlət başçısının qanunvericilik təşəbbüsü ilə Milli Məclisə daxil olan “Əmanətlərin tam sığortalanması haqqında” qanuna təklif edilən dəyişiklik parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub və məqbul sayılıb. Bildirilib ki, bu əhalinin  yaşayış  tərzinin yaxşılaşdırılması, banklara olan inamı, pul  siyasəti, eləcə də ölkənin makro-iqtisadiyyatı üçün mühüm qərardır. Həm də dövlətin sosial siyasətinin mühüm bir alətidir. 2016-ci ildə ölkədə əmanətlərin tam sığortalanması prosesinə başladıqdan sonra banklarda olan əmanətlərin sayı artıb. Aparılan uğurlu iqtisadi islahatların hesabına banklarda fiziki şəxslərin depozitləri təkcə 2018-ci ildə 7 milyard 542.5 milyon manatdan 8 milyard 269.7 milyon manata çatıb. Əmanətlərin tam sığortalanması və məzənnənin sabit qalması əhalinin əmanətlərinin əsasən milli valyutada artımını şərtləndirib.

Daha çox xəbərlər