Xudafərin körpüsünün işğaldan azad edilməsindən bir il ötür – VİDEO
44 günlük Vətən müharibəsin dövründə, 18 oktyabrda müzəffər Azərbaycan Ordusu bir neçə ərazini də işğaldan azad etmişdi.
ARANTV.AZ həmin əraziləri təqdim edir.
Ötən ilin oktyabrın 18-də Cəbrayılın Hacılı və Hacı İsaqlı kəndləri düşmən işğalından təmizlənib.
Həmin gün Xudafərin qəsəbəsi,o cümlədən Xudafərin körpüsü də azad edilərək onun üzərində Azərbaycan bayrağı qaldırılmışdı.

