Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

“Mənə balıq vermə, balıq artırmağı göstər” – REPORTAJ + FOTO

By Vüsal Rafiqoğlu
20.10.2021 4 Min Read

Balıq kababı, balıq buğlaması və sair. Azərbaycan mətbəxində və süfrəsində balıq yeməklərinin xüsusi çəkisi və yeri var. Doğma Xəzərimizdə və eləcə də çaylarımızda cürbəcür balıqlar var. Onlar arasında nərə balıqları daha məşhurdur.

Bu balıqların artırılması və eləcə də qorunmasına xüsusi diqqət yetirilir.

Elə Neftçalada 2003-cü ildən istismara verilən Xıllı Balıq Məhdud Məsuliyyətli Cəmiyyət nərə balıqlarının artırılması ilə məşğul olur.

Zavod Neftçala rayonunun eyniadlı qəsəbəsində yerləşir.

Zavodda nərə cinsli balıqların dörd növünün – bölgə, nərə, kələmo və uzunburunların süni yolla artırılır.

İlk olaraq zavodun daxilindəki nərə balıqlarına baxış keçiririk.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyir ki, zavod 8 min-dən çox təmir-törədici fonduna malikdir:

“Hər il stabil 500-550 min civarında balıq körpəsi su hövzəsinə buraxılır. 2021-ci ildə isə 564 min civarında balıq körpələri su təbiətə buraxılıb. Buranın təkcə su hövzələrində nərə balıqlarının populyasiyası, balıq buraxılışı deyil, həm də əmtəəlik istehsalla məşğul olması nəzərdə tutulub.

Zavodda balıq körpələrinin satışı həyata keçiriləcək ki, bu da digər akvakultura ilə məşğul olan sahibkarların balıq körpəsi əldə edərək öz fərdi təsərrüfatlarını yaratmasına və nərə balığının sayının artırılmasına müsbət təsir edəcək”.

“Zavodun ümumi ərazisi dörd sexdən ibarət olmaqla, 15 hektardır. Zavod bu ildən özəlləşdirilib və burada digər balıq növlərinin artırılması da planlaşdırılır. Sazan, enlialın və ağ amur balığının artırılması, eyni zamanda, nərənin Azərbaycanda endemik olan növlərinin artırılması planlaşdırılır”, – deyə o qeyd edib.

Buradakı maraqlı məqamlardan biri də odur ki, balıqlar cinsi yetkinlik yaşına çatdıqda kürü almadan əvvəl ultrasəs müayinəsi edilir.

Zavodunun direktoru Elşad Əhmədovun sözlərinə görə, zavodda kürüdən yetişdirilən nərə cinsli balıqlar cinsi yetişkənliyə çataraq onlardan məhsul almaq olur:

“Zavod əsasən nərə cinsli balıqların təbiətə buraxılması və ekoloji tarazlığın qorunması üçün xidmət göstərir. İndiyə kimi zavoddan 80 milyona yaxın balıq buraxılışı olub”.

Direktor bildirib ki, 2014-cü ildən başlayaraq balıqlardan öz təmir-törədici fondundan istifadə etməklə buraxılışlar həyata keçirilir:

“Balıqlar cinsi yetkinlik yaşına çatdıqda xüsusi aparatla yoxlanılır. Onun yetişməsi dörd mərhələdən ibarətdir. Dördüncü mərhələyə çatan balıqlar mart, aprel aylarında nərələrdə 16-18, uzunburunlarda 18-21 dərəcə temperaturda hipofiz preparat ilə inyeksiya vasitəsilə stimullaşdırılır və 24 saat ərzində ondan kürü alınır.

Daha sonra mayalandırılır və aparatda 72, 156 saat ərzində nərə cinsli sürfələr əmələ gəlir. Sürfələr əmələ gəldikdən sonra normativ çəkiyə çatdırılaraq hovuzlarda saxlanılır. Dünya standartlarına uyğun avadanlıqlarla təchiz edilmiş həmin sexlərdə texnoloji proseslərə ciddi əməl olunur.

Hovuzlarda suyun tərkibi, hərarəti, balıqların yemlənməsi rejimi qaydaları və digər məsələlər diqqət mərkəzində saxlanılır. Laboratoriya və sexlərdə gigiyena, təmizlik, səliqə-sahman ümumi işin başlıca hissəsi kimi qəbul edilib”.

Zavodda balıqlar ölçülərinə uyğun olaraq fərqli hovuzlarda saxlanılır. Biz ilkin olaraq ən kiçik ölçülü balıqların saxlandığı dairəvi hovuzlar olan bölümlə tanış oluruq. Bir hovuzda 5-20 minə yaxın ədəd balıq saxlanıla bilir.

Dairəvi hovuzda sürfələr və körpələr böyüyür.

Balıqların normativ çəkisi 1 və 1,5 qramdır. Daha sonra onlar Kür çayının dənizlə birləşən mənsəb hissəsinə buraxılır.

E.Əhmədov qeyd edib ki, zavodda balıqların yemlənməsi də müxtəlif üsullarla edilir:

“İlkin dövrdə balıq öz göbəyindən, daha sonra isə təbii üsulla qidalanır. Müəyyən çəkiyə çatdıqda isə başlanğıc yemlə yemlənir. Balıqların yemi həm süni, həm də təbii qidalardan ibarətdir. Balıqlar 100-150 qrama çatdıqdan sonra onları beton hovuzlara boşaldırlar.

Həm köçürmələr, həm də saxlanma zamanı balıqların daha az zərər görməsi üçün işçilər onlara əl vurmamağa çalışır. Balıq çəkisinə, suyun temperaturuna və fizioloji vəziyyətinə uyğun olaraq faizlə yemlənir. Böyük balıqlarda yemin növü – 12, orta 8,5, kiçiklərdə isə 0,3 millimetrlikdir. Yemlər balığın çəkisinə görə verilir”.

Balıqlarla bağlı bəzi maraqlı məqamları da öyrəndik. Məsələn, balıq harada suya buraxılırsa, 10-12 ildən sonra kürüləmə dövründə həmin yerə qayıdır.

Biz nərə balıqlarının yetişdiyi zavodla tanışlığımızı başa vurduq. Çaya buraxılan balıqların daha uzun müddət yaşaması ümidi ilə…

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bərdədə 18 oktyabr- Müstəqilliyin Bərpası günü ilə əlaqədar Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş turnir keçirilmişdir.

Next

Elnur Əşrəfoğlu dəfn olundu

Xəbər lenti

  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv