”İdxal-ixracla bağlı ciddi müzakirələr aparmaqla vergi və gömrük orqanlarının inteqrasiyasına nail olmuşuq” – Səfər Mehdiyev
“İdxal-ixracla bağlı ciddi müzakirələr aparmaqla vergi və gömrük orqanlarının inteqrasiyasına nail olmuşuq”.
ARANTV.AZ-ın məlumatına görə, bunu “Vergilər. Şəffaflıq. İnkişaf” forumunda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib.
Komitə sədri bildirib ki, uçot sistemini qurmaqla kölgə iqtisadiyyatına böyük zərbə vurublar. Komitə sədrinin sözlərinə görə, 9-a yaxın dövlətlə ticarət şəbəkəsini onlayna qoşa bilmişik:
“Bunun nəticəsində heç bir sənəd gəlmədən bütün ixrac əməliyyatlarını görə bilirik. Bu da sürətli ticarətin, şəffaflığın təmin olunmasına şərait yaradır. Bütün bunlar uçotun qurulmasına, sürətli elektron idarəedilməyə gətirib çıxarır”.
S.Mehdiyev bildirib ki, bu ayın 1-dən qısa vergi bəyənnamələrinin tətbiqinə başlanılıb: “Son illərdə atılan uğurlu addımlardan sonra sahibkarlar da əmin olmalıdır ki, cənab prezidentin dövlət qurumları qarşısında qoyduğu əsas tələblərdən biri budur ki, sahibkarların yanına olmalıyıq, bir qurumun islahatı digər qurumun islahatının əksinə olmamalıdır”.
METBUAT.AZ

