Bakıda “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda forum keçirilir – FOTOLAR
ARANTV.AZ-ın məlumatına görə, forumda Vergilər naziri Mikayıl Cabbarov, İqtisadi İnkişaf naziri Şahin Mustafayev, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Milli Məclisin komitə sədri Ziyad Səmədzadə, millət vəkilləri, dövlət qurumları, beynəlxalq təşkilatlar, ictimai birliklər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və iş adamları iştirak edirlər.
Qeyd edək ki, forumun əsas məqsədi Azərbaycanda həyata keçirilən vergi siyasətinin əsas istiqamətləri, qarşıda duran vəzifələr və inkişaf perspektivləri ilə bağlı vətəndaş cəmiyyəti, işguzar dairələrlə açıq dialoqun qurulmasıdır.
METBUAT.AZ





