Gündəm 

​​”Ötən il ticarət sektorunda 932 milyon manat dövriyyədən gizlədilib” – Mikayıl Cabbarov

“Ötən il ticarət sektorunda 932 milyon manat dövriyyədən gizlədilib”.

ARANTV.AZ-ın məlumatına görə, bunu “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda keçirilən forumda Vergilər naziri Mikayıl Cabbarov bildirib. Nazirin sözlərinə görə, rəsmi əmək münasibətlərinin miqyası qeyri-rəsmi əmək münasibətlərindən dəfələrlə kiçikdir:
“Vergi inzibatçılığının rəqəmsallaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Rəqəmsallaşma vergi inzibatçılığının effektivliyini artırır. Vergi orqanları çağırışlardan geri qalmamaq üçün rəqəmsal platformalarını yaranştmağa məcburdur”.

Nazir bildirib ki, 2019-cu ildə vergi keçirilən işlərin prioritetləri əvvəlki kimi qalır: Əsas məqsədimiz kölgə iqtisadiyyatı ilə Mikayıl Cabbarov bildirib ki, 2018-ci ildə aparılan vergi nəzarəti tədbirləri nəticəsində iri market şəbəkələrində 122 milyon manat, özəl tibb müəssisələrində isə 230 milyon manat vəsaitin vergidən gizlədilməsi aşkar edilib”. Nazir eyni zamanda qeyd edib ki, Vergi Ombudsmanının yaradılmasına qərar vermişik:

“Bunun nəticəsində ədalətli araşdırılmamış məsələ qalmayacaq. Ombudsmanın fəaliyyətə başlaması istər vergi orqanlarına, istərsə də vergi ödəyicilərinə müsbət imkanlar yaradacaq.

METBUAT.AZ

Daha çox xəbərlər