Lənkəranda 2 ay əvvəl itkin düşmüş şəxsin meyiti tapıldı
Lənkəranda iki ay əvvəl itkin düşmüş şəxsin meyiti tapılıb.
ARANTV.AZ report-a istinadən xəbər verir ki, itkin düşən 40 yaşlı Cabir Musayevin meyiti şəhər ərazisində fəaliyyət göstərən çörəkbişirmə sexində aşkarlanıb.
Qeyd edək ki, C.Musayev 2018-ci ilin dekabr ayından itkin düşmüş şəxs kimi axtarışa verilib. Onun ölümünün səbəbləri araşdırılır.

