Cəmiyyət 

Dövlət qulluğuna qəbul üzrə növbəti test imtahanının nəticələri açıqlanıb

ARANTV.AZ xəbər verir ki, Dövlət qulluğuna inzibati vəzifələr üzrə qəbul üçün test imtahanının nəticələri açıqlanıb. Ötən gün keçirilən imtahanda iştirak etmək üçün 1878 namizəd qeydiyyatdan keçsə də, 27 nəfər imtahana gəlməyib. Nəticələrə əsasən, ümumilikdə 949 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb. Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçərək müəyyən olunan balı toplayan namizədə sertifikatlar veriləcək. 5 il müddətində qüvvədə olan sertifikatda namizədlər nəzərdə tutulan vəzifə, habelə həmin altqrupun aid edildiyi qrup daxilində daha aşağı altqruplara uyğun vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilərlər.

Daha çox xəbərlər