Cəmiyyət 

OXUYUN! Sayğacın köhnə kartında olan məbləğ yeni karta necə köçürülür? – İZAHI

Qaz abonentlərinin tez-tez verdiyi suallardan biri də Smart sayğacının dəyişdirilməsiylə bağlıdır.

Dəyişdirilmiş Smart sayğacın köhnə kartında olan məbləğ yeni karta necə köçürülür?

ARANTV.AZ xəbər verir ki, sulla bağlı “Azəriqaz” İstehsalat Birliyindən verilən cavabda bildirilir ki, abonentin özü və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən digər vətəndaş “Asan Kommunal” mərkəzlərinə yaxınlaşmalıdır:

“Mərkəzə yaxınlaşan şəxs şəxsiyyət vəsiqəsinin əsli, quraşdırılma aktı (forma 1,2), çıxarılan və yeni quraşdırılan smart kartları təqdim etməklə köhnə kartında olan məbləği yeni karta heç bir rüsum ödəmədən köçürdə bilərlər. Qeyd edək ki, köhnə sayğacda olan qalıq vəsaiti, sayğacın üzərində müvafiq düyməsini basmaqla, “credit back” proseduruna uyğun olaraq köhnə karta köçürülməsi vacibdir. Əks halda qalıq vəsait köhnə kartda aşkarlanmasa yeni karta heç bir vəsait köçürmək mümkün olmayacaqdır”.metbuat.az

Daha çox xəbərlər