Dünya 

Bibər görünüşlü limon görənləri heyrətləndirdi

Türkiyənin Mersin şəhərində yaşayan və kənd təsərrüfatı ilə məşğul olan Erhan Nizamoğlu həyətindəki ağacdan limon toplayarkən ağacdakı limonların yanında bibər görüb.

ARANTV.AZ xəbər verir ki, görüntü qarşısında təəccüblənən Nizamoğlu bibər görünüşlü limonu qopararaq evinə aparıb.

Bu qəribə meyvənin limon yoxsa bibər olduğunu anlaya bilməyən adam meyvəni kənd təsərrüfatı mühəndisliyinə aparıb.

Kənd təsərrüfatı mühəndisi Durmuş Belen ağacda apardığı araşdırma zamanı bu formada yerli limona nadir rast gəlindiyini, bəzən tozlaşmanın kifayət etmədiyi meyvələrdə belə formalara düşdüyünü bildirib.

Bibər görünüşlü limonu görən vətəndaşlar ilk dəfə belə vəziyyət ilə qarşılaşdıqlarını bildiriblər.

metbuat.az

Daha çox xəbərlər