Cəmiyyət 

Kənd Təsərrüfatı Nazirliyində – YENİ TƏYİNAT

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.

ARANTV.AZ xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutuna yeni direktor təyin edilib.

Nazirlikdən verilən məlumata görə, bu vəzifəyə Elnur Heydərov təyinat alıb. Yeni direktor buna qədər Azərbaycan Dövlət Aqrar Universitetində çalışıb.

Qeyd edək ki, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinə tabe olan yeddi elmi-tədqiqat institutundan biridir.
Kənd Təsərrüfatı Nazirliyində - YENİ TƏYİNAT

 

big.az

Daha çox xəbərlər